Eldar Mansurov: “Qarabağnamə” baleti üzərində işləyirəm

Eldar Mansurov

Eldar Mansurov

20 oktyabr 2022
# 17:40

44 günlük Vətən müharibəsinə həsr etdiyim “Qarabağnamə” baleti üzərində işləyirəm.

Kulis.az xəbər verir ki, bu sözləri tanınmış bəstəkar, Xalq artisti Eldar Mansurov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, İkinci Qarabağ müharibəsindən əvvəl və sonra da vətənpərvərlik ruhunda bir neçə əsər yazıb, Xalq artisti Mübariz Tağıyevlə birgə onlarla mahnı bəstələyib.

“Bəstələdiyim mahnıların hamısı Vətənlə, əsgərlərimizin qəhrəmanlığı, şəhidlərimizlə bağlı olub. Onları müxtəlif şairlərin sözlərinə bəstələmişəm. Bu mahnılar Azərbaycanın Qələbəsini vəsf edən mahnılardır. Bundan sonra da yazacağam. Hazırda yeni əsər üzərində işləyirəm. 44 günlük Vətən müharibəsinə həsr etdiyim “Qarabağnamə” baletinin bəzi hissələri hazırdır”, - deyə bəstəkar əlavə edib.

# 1261 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #