Əfsanəvi alman rok qrupu "Rammstein", qrupun solisti Till Lindemanna qarşı cinsi qısnama iddialarına və komandadakı fikir ayrılığına görə dağıla bilər.
Kulis.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.
Məlumata görə, "Rammstein" üzvləri Lindemanın "davranışından son dərəcə narazıdırlar". Onların bir çoxu - məsələn, gitaraçı Paul Landers , nağaraçı Christoph Schneider və ya klaviatura ifaçısı Kristian Lorenz - qadın pərəstişkarlarının cinsi təcavüzü haqqında hekayələrini eşitmək istəmirlər.
2023-cü il may ayının sonunda Şelbi Lin adlı qız Vilnüsdə Rammşteyn konsertindən əvvəl Lindemanı cinsi təcavüzdə ittiham edib. Onun sözlərinə görə, musiqiçi içkisinə narkotik qatıb. Daha sonra ona təcavüz edib.
Bundan əvvəl Almaniya nəşriyyatı fanatların şikayətlərinə görə Rammstein solisti ilə işləməkdən imtina edib.
Qeyd edək ki, qrup hazırda Avropa turnesindədir.