Roman haqqında roman yazıldı

Roman haqqında roman yazıldı
13 noyabr 2014
# 12:04

Yazıçı Nəriman Əbdülrəhmanlının yeni kitabı işıq üzü görüb.

“Qurban” (“Yüzilin “Əli və Nino” əfsanəsi”) adlanan roman-xronika “Qanun” nəşriyyatı tərəfindən çap edilib.

Əsər ötən əsrin 20-ci illərində qələmə alınmış, 1937-ci ildə Vyanada Qurban Səid imzası ilə ədəbiyyat aləminə qədəm qoymuş və 70-ci illərin əvvəllərindən ardı-arası kəsilməyən mübahisələrin hədəfinə çevrilmiş məşhur “Əli və Nino” romanı haqqındadır.

Romanda çoxlarını düşündürən bir suala cavab axtarılır: “Əli və Nino”nu kim qələmə alıb: Yusif Vəzir Çəmənzəminli, Lev Nussimbaum, Məhəmməd Əsəd bəy, yoxsa bəzilərinin iddia etdiyi kimi, Qurban Səid?

Romandakı hadisələr təkcə “Əli və Nino” əsərinin ətrafında baş verən hadisələrlə məhdudlaşmır, oxucuya dövrün ümumi mənzərəsini duyub-görmək imkanı da yaradır: XIX yüzilin sonlarının Şuşası, XX yüzilin əvvəllərinin Bakısı, Tiflisi, Kiyevi, Simferopolu, İstanbulu, Parisi, Berlini, 30-40-cı illərinin Bakısı, Vyanası, Roması...

# 1626 dəfə oxunub

Müəllifin son yazıları

# # #