"Con Uik" serialının ulduzu xəstəxanaya yerləşdirildi

"Con Uik" serialının ulduzu xəstəxanaya yerləşdirildi
1 iyul 2026
# 10:38

Avstraliyalı məşhur aktrisa Rubi Rouz evində təmizlik işləri apararkən bədbəxt hadisə ilə üzləşib və xəstəxanaya yerləşdirilib.

Kulis.az xəbər verir ki, bu barədə sənətçi instaqram hesabında məlumat paylaşıb.

Məlumata görə, aktrisa hovuz təmizləyərkən sürüşərək yıxılıb. Nəticədə, onun qabırğalarında və boyun nahiyəsində çoxsaylı sınıqlar əmələ gəlib. Sənətçi tam sağalması üçün bir neçə ay lazım olacağını bildirib. Lakin belə ciddi səhiyyə problemlərinə baxmayaraq, aktrisa xəstəxanaya yerləşdirildikdən cəmi bir gün sonra "Batwoman" serialının çəkilişlərinə qayıdıb.

Meydançadakı çətinliklərindən bəhs edən sənətçi dözülməz ağrılarından şikayətlənib:

"Qabırğalarım dəhşətli dərəcədə ağrıyır. Kostyumda olanda nə qollarımı, nə də ayaqlarımı hiss edirdim".

Qeyd edək ki, Rubi Rouz geniş tamaşaçı kütləsinə "Narıncı – mövsümün hitidir" (Orange Is the New Black), "Con Uik 2" (John Wick: Chapter 2), "Fleş" (The Flash), "Ox" (Arrow), "Qara materiya" (Dark Matter) və "Batwoman" kimi populyar layihələrdən tanışdır.

# 93 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər