Kaliforniya Universitetinin professoru: “Azərbaycan həkimlərinə inanın!” – Sual-Cavab

Kaliforniya Universitetinin professoru: “Azərbaycan həkimlərinə inanın!” – Sual-Cavab
3 aprel 2020
# 06:25

Hazırda ABŞ-da yaşayan həmyerlimiz, Yeyl Universitetinin doktorantı, Kaliforniya Universitetinin professoru Azər Əhmədov sosial şəbəkələrdə koronovirusla bağlı ona ünvanlanan sualları cavab verib. Kulis.az həmin sualları və cavabları təqdim edir.

Sual: Bu xəstəliyǝ inanırsanmı?.

Cavab: İnanıram. Xǝbǝr çıxan gündǝn - yanvarın sonlarından çox ciddi yanaşmışam. Çox ehtiyatlı olmuşam. Son üç hǝftǝdə cǝmisi iki-üç dǝfǝ evdǝn bayıra çıxmışam. Ərzaq almaq mǝqsǝdilǝ...

Sual: Bu, kimin işidir?

Cavab: Heç kimin. Virusdur, yayılıb.

Sual: Bu oyundur.

Cavab: Oyun deyil, virusdur.

Sual: Qripdǝn hǝr il nǝ qǝdǝr adam ölür.

Cavab: Vacib olan rǝqǝm ölǝnlǝrin sayı yox, xǝstǝliyǝ tutulanların neçǝ faizinin ölmǝsidir. Qripin öldürmǝ faizi 0,1, bu xǝstǝliyin öldürmǝ faizi 2-dir. Yaşlılar arasında isə xeyli yüksǝkdir, hǝtta bir yerdǝ, çox yüksǝk rǝqǝm oxudum.


Sual: Qrip dǝ öldürür.

Cavab: 2 0,1-dǝn 20 dǝfǝ çoxdur. Bunun necǝ böyük bir rǝqǝm olduğunu bilmǝk üçün evdǝ, bankda olan pulunuzu, var-dövlǝtinizi 20-yǝ vurun.

Sual: Bu, ABŞ-ın bioloji silahıdır?

Cavab: Deyil. Bundan ǝn çox ǝziyyǝt çəkǝn ölkǝlǝrdǝn biri, bǝlkǝ dǝ birincisi elǝ ABŞ-dır.


Sual: Bu, Çinin bioloji slahıdır?

Cavab: Deyil. Eyni sǝbǝb.

Sual: Nǝ vaxt bitǝcǝk?

Cavab: İnsanlardan asılıdır. Onların nǝ dǝrǝcǝdǝ mǝsuliyyǝtli, aydın düşüncǝli olmasından...

Sual: Hökumǝtlǝr daha tǝdbirli ola bilmǝzdilǝrmi?

Cavab: Ola bilǝrdilǝr. Xüsusilǝ dǝ ABŞ. Amma Azǝrbaycan da daxil olmaqla ǝksǝr ölkǝlǝrdǝ hökumǝt ortalama olaraq kütlǝdǝn, bǝzi macǝraçı “ziyalılar”dan daha tǝdbirli, düşüncǝli vǝ insanpǝrvǝr çıxdı.

Sual: Din qaçdı gizlǝndi, elm çıxdı meydana.

Cavab: Elmin öz yeri var, inanclı insan üçün (mǝn deyilǝm – A.Ə.) dinin öz yeri. Qaçıb gizlǝnmǝk dǝ bir hünǝrdir, bu gün ǝn böyük hünǝr elǝ budur! Elm dǝ din kimi “gözǝgörünmǝz”ə inanmağa çağırır.


Sual: Allaha sığınmaq lazmdir.

Cavab: Sığın! Vǝ nǝzǝrǝ al ki, ABŞ da daxil olmaqla bir neçǝ yerdǝ kilsǝlǝr, mǝscidlǝr, din xadimlǝri mǝsuliyyǝtsiz, cahil çağırişlar ediblǝr.


Sual: Yox, bu oyundur.

Cavab: Oyun deyil, virusdur.

Sual: Virus nǝdir?

Cavab: Bǝs “oyun” nǝdir?

Sual: Nǝ qǝdǝr adam işini itirdi.

Cavab: Elǝdir. Bütün ölkǝlǝr ağır iqtisadi zǝrbǝ alır. Amma az qala istisnasız olaraq bütün hökumǝtlǝr (bǝzilǝri geciksǝ dǝ – A.Ə.) insan hǝyatını maddi itkilǝrdǝn üstün tutdular! ABŞ-da hazırda 5 min adam ölüb, amma növbǝti bir-iki aya 240 minǝ qǝdǝr adamın ölmǝsi ehtimal olunur.

Sual: 2 faiz çoxdur?

Cavab: Çoxdur! 2 min insan tanıyırsızsa bu, onlardan 40-nın ölmǝsi demǝkdir. 100 nǝfǝr yaşlı insan tanıyırsıza bu, onların çox yüksǝk faizinin ölmǝsi demǝkdir. Bu tǝdbirlǝr daha çox yaşlı insanları qorumaq üçündür. Onların da hǝyatı qiymǝtlidir! Yaşlı insanlara xüsusi diqqǝt, qayğı lazımdır bu günlǝrdǝ.

Sual: Bizim Azǝrbaycan hǝkimlǝri…

Cavab: Bizim Azǝrbaycan hǝkimlǝri dunyanın ǝn fǝdakar hǝkimlǝridir. Yaxın tariximizdǝ dǝfǝlǝrlǝ sübut ediblǝr. Onlara inanın!


Sual: Maska yoxdur.

Cavab: Ozünüz tikǝ bilǝrsiz. Bizdǝ evdǝ tikirlǝr… Bizim küçǝdǝ qonşular daha bir-birin ilǝ görüşmür, amma pǝncǝrǝlǝr sevgi şüarları, işarǝlǝri ilǝ bǝzǝnir.

# 3408 dəfə oxunub

Müəllifin son yazıları

# # #