Real hadisələrə əsaslanan 10 qorxu filmi

Real hadisələrə əsaslanan 10 qorxu filmi
17 sentyabr 2024
# 17:00


Seriyalı qatil hadisələri, fövqəltəbii qarşılaşmalar və ciddi dərəcədə narahat edici olaylardan ilham alan qorxu filmləri, əgər real hekayələrə əsaslanırsa, daha qorxulu ola bilər.


Kulis.az real hekayələrə əsaslanan qorxu filmlərini sizə təqdim edir.


1 - The Conjuring (Qorxu Seansı)

Paranormal hadisələri araşdıran Ed və Lorraine Warrenın necə dünyaca məşhur olduqlarını anladan qorxulu hekayənin baş rollarında Vera Farmiga, Patrick Wilson və Mackenzie Foy yer alır. Ssenarisi Chad Hayes və Carey W. Hayesə aid olan 2013-cü il filmi James Wan idarə edir.

2 - The Texas Chainsaw Massacre (Texas Qətliamı)

Tobe Hooperin 1974-cü ildə çəkdiyi filmin yeni versiyası olan 2003-cü il "Texas Qətliamı" filminin rejissoru Marcus Nispeldir.


3 - The Mothman Prophecies (Gecənin Nəfəsi)

Richard Gere və Laura Linneyin baş rollarını paylaşdığı, 2002-ci il filmi, parapsixoloq və Fortean yazarı John Keelin 1975-ci ildə yazdığı eyniadlı kitabına əsaslanır.

4 - The Entity (Qarabasan)

Sidney J. Furie tərəfindən idarə olunan və 1978-ci ildə eyniadlı romandan uyğunlaşdırılan, Frank De Felitta tərəfindən yazılan filmdə Barbara Hershey (Carla Moran), Los Angelesdə görünməz bir adam tərəfindən təcavüzə və işgəncəyə məruz qalan subay bir ananı canlandırır.


5 - The Strangers (Ziyarətçilər)

Bryan Bertino tərəfindən yazılan və idarə olunan, baş rollarında Liv Tyler və Scott Speedmanın oynadığı film, uzaqdakı yay evlərində gecə boyunca maskalı üç hücumçunun terroruna məruz qalan gənc bir cütlüyün hekayəsindən bəhs edir.


6 - The Hills Have Eyes (Təpənin Gözləri)

1977-ci ildə çəkilən "Təpənin Gözləri"nin müasir uyğunlaşdırması olan 2006-cı il filminin ssenarisini Alexandre Aja və Gregory Levasseur yazıb, rejissoru da Alexandre Ajadır.


7 - Open Water (Açıq Dəniz)

Film, tətil zamanı hava balonu ilə dalışa gedən amerikalı bir cütlüyün, gəmilərinin heyəti onları təsadüfən geridə qoyduqda, özlərini sahildən kilometrlərlə uzaqda, köpəkbalıqları ilə dolu sularda tapmalarından bəhs edir.


8 - The Girl Next Door (Qonşudakı Qız)

Jack Ketchumun eyniadlı romanından uyğunlaşdırılan filmdə, xalası tərəfindən saxlanılan bir gənc qızın başına gələn qorxunc işgəncə və zülmdən bəhs olunur.


9 - The Exorcism of Emily Rose (Şeytan Çarpması)

Baş rollarını Laura Linney, Tom Wilkinson, Shohreh Aghdashloo və Campbell Scottun paylaşdığı filmin rejissoru Scott Derricksondur.


10 - The Birds (Quşlar)

Alfred Hitchcockun çəkdiyi və Daphne Du Maurierin qısa hekayəsinə əsaslanan "Quşlar" filmində Tippi Hedren, Rod Taylor və Suzanne Pleshette rol alır.

# 4154 dəfə oxunub

Oxşar xəbərlər

“İzzət Kino Mükafatı”nın qalibləri elan olunacaq

“İzzət Kino Mükafatı”nın qalibləri elan olunacaq

12:10 9 yanvar 2026
Bu dünyada tək qalmaqdan qorxmayan yoxdur... - Mirmehdi Ağaoğlu

Bu dünyada tək qalmaqdan qorxmayan yoxdur... - Mirmehdi Ağaoğlu

16:10 8 yanvar 2026
Amerika trilleri Nizami Gəncəvinin misraları ilə açılır

Amerika trilleri Nizami Gəncəvinin misraları ilə açılır

11:20 8 yanvar 2026
Çilovda "Tilov"a düşənlər - Ağa Cəfərli

Çilovda "Tilov"a düşənlər - Ağa Cəfərli

16:00 7 yanvar 2026
“Məsumiyyət muzeyi” serialının yayım tarixi açıqlandı

“Məsumiyyət muzeyi” serialının yayım tarixi açıqlandı

15:10 7 yanvar 2026
Məşhur aktyor bu filmdə çəkilməkdən imtina etdi - Səbəb

Məşhur aktyor bu filmdə çəkilməkdən imtina etdi - Səbəb

14:30 7 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər