Azərbaycanın görkəmli sənətkarı Aybəniz Haşımovanın rəhbərlik etdiyi Sənət Akademiyasının tələbələri dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 139-cu ildönümü münasibətilə onun Bakıdakı ev muzeyində konsert proqrmaı ilə çıxış ediblər.
Kulis.az xəbər verir ki, gənc ifaçılar böyük bəstəkarın ölməz əsərlərini ifa edib, onun müəllifi olduğu dünyaca məşhur operalar və operettalar əsasında maraqlı kompozisiyalar təqdim ediblər.
Aybəniz Haşımovanın “Leyli və Məcnun” operasından Leylinin ölüm səhnəsini ifa etməsi xatirə proqramını xüsusilə yaddaqalan edib.
Konsert proqramını, Mədəniyyət Nazirliyinin təmsilçiləri, tanınmış mədəniyyət xadimləri, musiqişünaslar, ictimaiəyyət nümayəndələri və media mənsubları da izləyib.
Qonlaqlar arasında Türk Ağsaqqalları İctimai Birliyi- TAİB-nin İdarə Heyətinin üzvləri də olub. TAİB sədrinin müavini Eyvaz Hünbətov Aybəniz Haşımovaya İctimai Birliyin Fəxri diplomunu təqdim edib.
Konsert proqramından sonra Sənət akademiyasının tələbələri Fəxri xiyabanda Üzeyir bəyin məzarını ziyarət ediblər.
Xatırladaq ki, Aybəniz Haşımova Türk Ağsaqqalları İctimai Birliyinin Mədəniyyət Komitəsinin sədridir.
Aybəniz Haşımovadan Üzeyir Hacıbəyov ruhuna yüksək ehtiram - Fotolar
Oxşar xəbərlər
Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması
18:44
12 noyabr 2026
"Qərb-Şərq divanı – Göte və Mövlana" adlı konsert proqramı təqdim olunacaq
18:43
12 noyabr 2026
Mişel Uelbek haqqında cinayət işi açıldı – Təfərrüatlar
18:05
12 noyabr 2026
Kriştiano Ronaldonun studiyası ilk serial layihəsinin çəkilişlərinə başladı
17:32
12 noyabr 2026
Tanınmış aktyor vəfat etdi
17:04
12 noyabr 2026
"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə
16:37
12 noyabr 2026