Azərbaycanlı yazıçı vəfat etdi

İntiqam Mehdizadə, yazıçı-publisist

İntiqam Mehdizadə, yazıçı-publisist

8 iyun 2022
# 17:35

Yazıçı-publisist İntiqam Mehdizadə vəfat edib.

Bu haqda onun yaxınları Kulis.az-a məlumat verib.

İntiqam Mehdizadə 1945-ci ildə İsmayıllı şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Üç il "Azərbaycan gəncləri" qəzetində işləyəndən sonra, 1973-cü ildə Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor vəzifəsinə təyin olunub. Burada böyük redaktor, şöbə müdiri, baş redaktor vəzifələrinə qədər yüksəlib. "Gənclik və idman" redaksiyasına rəhbərlik edib.

5 kitab müəllifidir. "Karvanın sarvanı" adlı iri həcmli məqalələr toplusu "Ozan" nəşriyyatında çapa hazırlanır.Respublika Mətbuat Fondunun "Dan Ulduzu", Jurnalistlər Birliyinin H.B.Zərdabi adına və "Qızıl qələm" mükafatları laureatıdır.

# 1917 dəfə oxunub

Müəllifin son yazıları

# # #