Çingiz Aytmatovun heykəlinin hazırlanmasına başlanıldı

Çingiz Aytmatovun heykəlinin hazırlanmasına başlanıldı
25 avqust 2023
# 18:06

Görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun Bakı şəhərində ucaldılacaq abidəsi hazırlanmağa başlayıb.

Kulis.az xəbər verir ki, bu barədə APA-ya abidənin müəllifi Xalq rəssamı Natiq Əliyev məlumat verib.

Heykəltəraşın sözlərinə görə, hazırda abidənin yumşaq materialdan hazırlanması prosesi başlayıb: “Yalnız bundan sonra abidə bürüncdən tökülə bilər”.

Xatırladaq ki, abidə Binəqədi rayonu Süleyman Sani Axundov küçəsi və Binəqədi şossesinin kəsişməsindəki parkda ucaldılacaq.

APA bir neçə gün öncə ərazidə olub və parkda abidə üçün görülən hazırlıq işləri ilə tanış olub.

Qeyd edək ki, Prezident İlham Əliyev Qırğızıstan Xalq yazıçısı Çingiz Aytmatovun Bakı şəhərində abidəsinin ucaldılması ilə bağlı Sərəncam imzalayıb.

# 1261 dəfə oxunub

Müəllifin son yazıları

# # #