Qahirə Operasında Qahirə Simfonik Orkestrinin ifasında “XX əsrin şedevrləri 1” adlı konsert proqramı təqdim edilib.
Kulis.az xəbər verir ki, proqramın birinci hissəsində görkəmli Azərbaycan bəstəkarı Tofiq Bakıxanovun violonçel və orkestr üçün konsertindən 3 hissə (Allegro non troppo, Largamento, Finale: Allegro con fuoco) səsləndirilib.
Daha sonra görkəmli rus bəstəkarı İqor Stravinskinin əsərlərindən (Pulsinella, Alov quşu (1919-cu il versiyası) ibarət konsert təqdim olunub.
- Qapalı ölkə: Şimali Koreya FOTOLENT
- Məsciddə uyğunsuz fotolar çəkdirən aktrisa açıqlama verdi
- Əli Kərim qələminin tabloları
Qeyd edək ki, konsertin solisti Viktoriya Kapralova (violonçel), dirijoru isə Əhməd əl-Saidid olub.