ADA Universitetində ənənəvi 13-cü Beynəlxalq Dünya Xalqlarının Mədəniyyəti Festivalı keçirilir.
Kulis.az xəbər verir ki, festival çərçivəsində ADA Universiteti Yaponiya, Malayziya, Çin, Türkiyə və Avropa İttifaqı ölkələri də daxil olmaqla, dünyanın 50-yə yaxın ölkəsinin mədəniyyətlərini nümayiş etdirəcək bir platformaya çevrilib.
Festivalda müxtəlif ölkələrin səfirləri, diplomatik korpus nümayəndələri və 100-dən çox xarici qonaq iştirak edir.
Qeyd edək ki, festivalda təmsil olunan ölkələrin milli mədəniyyəti, milli mətbəx nümunələri, kitablar, bukletlər və çap məhsulları beynəlxalq və yerli tələbələr tərəfindən nümayiş etdirilir.