Nəsiminin qəzəlləri Ukrayna dilində

Nəsiminin qəzəlləri Ukrayna dilində
13 fevral 2020
# 18:49

Kiyevdə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin qəzəllərindən ibarət Ukrayna dilində “İ şlyaxom İstini postav ya sam...” (“Haqq yolu mən özüm oldum”) adlı toplu təqdim olunub. Toplu Dövlət Tərcümə Mərkəzi və Ukraynanın “CAMIT-KNİQA” nəşriyyatının birgə əməyi nəticəsində ərsəyə gəlib.

Sözügedən toplu Ukrayna Milli Xəbər Agentliyinin – Ukrinformun binasında keçirilən “Tarixi dəyişən tanınmış (tanınmamış) ukraynalılar” kitabının təqdimatı çərçivəsində nümayiş etdirilib.

Kitabda sivilizasiyanın inkişafına öz təsirini göstərən, elmə, mühəndisliyə, ədəbiyyata və incəsənətə böyük töhfələr vermiş tanınmış ukraynalıların həyatından bəhs olunur.

“CAMIT-KNİQA” nəşriyyatının direktoru İvan Stepurin AZƏRTAC-a eksklüziv müsahibəsində bildirib ki, İmadəddin Nəsiminin qəzəllərindən ibarət toplu Ukrayna ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafına böyük töhfə verəcək.

O, gələcəkdə Azərbaycan Mədəniyyət Nazirliyi ilə sıx əməkdaşlığın istisna edilmədiyini, Azərbaycanın və Ukraynanın məşhur şəxslərinin nəinki MDB məkanında, həmçinin digər ölkələrdə də tanıdılmasını nəzərdə tutan birgə layihələrin yaradılması arzusunda olduğunu deyib./azertag.az/

# 1429 dəfə oxunub

Müəllifin son yazıları

# # #