Avropanın müxtəlif bölgələrindən gələn 10 mindən çox insan qədim ritual, rəqs, yoqa və bədən-zehin sağlamlığı sahəsində fərqli təcrübələr yaşamaq üçün "Medicine Festival"ında bir araya gəlib.
Kulis.az xəbər verir ki, Böyük Britaniyadakı "Wasing Estate" ərazisində təşkil olunan bu festival iştirakçılara təbiətlə, özləri ilə və ətrafdakılarla yenidən zehni əlaqə qurmaq imkanı yaradır.
Festival dünyanın müxtəlif yerlərindən hərəkət, gender, cinsi sağlamlıq, fərdi inkişaf və alternatv terapiya sahəsində çalışan mütəxəssisləri cəlb edir.
Tədbir çərçivəsində tanınmış mütəxəssislər xüsusi seanslar və mühazirələr təşkil ediblər.
Sanskrit dilində "yuxu" mənasına gələn "Yoqa Nidra" tətbiqi sinir sistemini sakitləşdirmək, həzm və daxili ritmik prosesləri dəstəkləmək üçün təbii şüur halı kimi təqdim olunur.
Elm aləmində bu cür zehin-bədən terapiyalarının bəzi iddiaları hələ də müzakirə mövzusu olsa da, "Medicine" kimi festivallar insanlara dərin söhbətlər, yeni fikirlər və birgə paylaşma ruhu bəxş edən unikal məkan hesab olunur.


Avropada minlərlə insan "Medicine Festival"ında iştirak etdi