“Artilleriyanın atası” adlı sənədli filmin təqdimatı olacaq

“Artilleriyanın atası” adlı sənədli filmin təqdimatı olacaq
13 iyul 2022
# 13:20

İyulun 14-də Nizami Kino Mərkəzində Tovuz döyüşlərində qəhrəmanlıq göstərərək şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin pokovniki, Milli Qəhrəman İlqar Mirzəyev haqqında çəkilmiş “Artilleriyanın atası” sənədli filminin təqdimat mərasimi keçiriləcək.

Kulis.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin “Salnamə” studiyasında çəkilmiş film zəfərə aparan yola mühüm təkan vermiş Tovuz döyüşlərinin ikinci ildönümünə həsr olunub.

Qeyd edək ki, filmin rejissoru Kəmalə Musazadə və prodüseri Nazim Hüseynovdur.

# 1216 dəfə oxunub

Müəllifin son yazıları

# # #