Azərbaycan mədəniyyətinin dünyada tanıdılması üçün xüsusi işlər görülməkdədir.
Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu mədəniyyət nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Adil Kərimli "Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr forumunda çıxışı zamanı deyib.
"Teatr sənəti daim təkmilləşməlidir. Teatr sahəsində problemlərin sistemləşdirilməsi istiqamətində bu forumun rolu böyük olacaq. Ümid edirəm ki, Azərbaycan Teatr Forumu yadda qalan mədəniyyət hadisəsinə çevriləcək", - deyə nazir müavini qeyd edib.