Yaxınları Rafiq Tağını ziyarət etdi - Foto

Yaxınları Rafiq Tağını ziyarət etdi - Foto
5 avqust 2021
# 18:07

Bu gün tanınmış yazıçı Rafiq Tağının doğum gündür. Onun 71 yaşı tamam olur.

Kulis.az xəbər verir ki, bu münasibətlə mərhum yazıçının qohumları və dostları onun “Qurd qapısı”ndakı məzarını ziyarət ediblər.

Rafiq Tağı 1950-ci il avqustun 5-də Masallı rayonunun Xoşçobanlı kəndində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunu və Moskva Tibb İnstitutunu bitirib.

O, modern hekayələri və esseləri ilə tanınırdı.

2011-ci ilin noyabrında yaşadığı evin yaxınlığında naməlum şəxs tərəfindən bıçaqlamış, hadisədən bir neçə gün sonra dünyasını dəyişmişdi.

Allah rəhmət eləsin.

# 1686 dəfə oxunub

Müəllifin son yazıları

# # #