Hekayənin qəhrəmanı nə ətdir, nə də balıq - Müzakirə

Hekayənin qəhrəmanı nə ətdir, nə də balıq - Müzakirə
17 may 2024
# 12:00

Kulis.az "Hekayə müzakirəsi" layihəsində Oğuz Ayvaz "Piko" hekayəsi haqqında yazıçıların fikirlərini təqdim edir.

Gülünün gözəlliyi bir yana... – İlham Əzizin yeni hekayəsi

İlham Əziz:

"Hekayə struktur baxımından düzgün işlənməyib. Mətndə bir neçə yerdə məntiq səhvləri var. Dili normaldı, hətta optimal dildi. Əhvalat ona görə hekayəyə çevrilmir ki, onu səhv yerindən başlayıb inkişaf etdirirsən, final uğurlu alınmır".

Ulucay Akif Prezident mükafatına layiq görüldü

Ulucay Akif:

"Oğuz Ayvazın yeni hekayəsini bəyəndim. Mətndən obrazın təlaşını, həyəcanını hiss etmək olur. Çox nadir olur obrazın aurasının bütün mətnə yayıldığı hekayələr. Dinamik dillə yazılıb. Xarici müəlliflərdə daha çox rast gəlirik belə hekayələrə. Düzdür, bəzi cümlələrdə redaktə qüsurları var, amma xırda məsələlərdir. Məncə, yaxşı hekayədir".

Essevari fikirlər - Üçüncü silsilə - Alpay AZƏR | Edebiyyatqazeti.az

Alpay Azər:

"Adi məişət əhvalatlarının təsviri olan zəif hekayə təəssüratı yaradır bu mətn. Pişiklə, ya heç olmasa, insan obrazlardan biriylə bağlı maraqlı detal tapmaq lazım idi, ya da qeyri-standart sonluq olmalıydı, bunu isə mətndə görmürük".

Biz xilas olmağa çalışmalıyıq! - Sevinc Elsevər

Sevinc Elsevər:

"Hekayə gözəldir. İçində maraqlı detallar da çox idi. Səmimi, sadə dillə yazılmış mətndir. Hətta bu əhvalatı bilirdim mən. Pişiklərinin itməyini, zadını. Amma Oğuz yazıçı təxəyyülüylə bəzəyib, dəyişib əhvalatı təbii ki. Maraqlı alınıb, təhkiyəsi zadı da xoşuma gəldi. Hekayənin qəhrəmanı da nə ətdir, nə balıq. Yaxşı adamdır, pis adamdır bilinmir. Vallah, əsl həyatda elə bu cür olur. Yaxşı, ya pis adam yoxdur. Yaxşı olmağa çalışan, yaxud yaxşı olmaq lazım olduğunu bilən pis adamlar var. Hamımız yaxşı görünməyə çalışan pis adamlarıq. Bunu çox səmimi verib. Sevdim belə. Oğuzu təbrik edirəm".

Dərmansız - Təvəkkül Boysunar

Təvəkkül Boysunar:

"Mətn kələ-kötür və çox da maraqsız deyildi. Oxumaq olur. Cümlələr normaldır. Təhkiyə də sürətli davam edir. Ancaq, ədəbiyyatın insana zövq vermək və sıxıntıdan, əzabdan qurtarıb onu müalicə etmək vəzifəsini nəzərə alanda, bu mətnin qeyd edilən vəzifəni yerinə yetirmək üçün lazımi dozaya sahib olmadığını demək istərdim. Niyə deyil? Çox güman ki, müəllif bu hekayəni yazanda yaxşı mətnin yaranması üçün gərəkli olan ilham, ağrı və əzabdan bir qədər uzaq olub. Uğur diləyirəm".

# 3155 dəfə oxunub

Oxşar xəbərlər

Dövlət işi naminə dinini dəyişdi, Parisdə siyasi mühacir həyatı yaşadı... - O, mirasını hansı şərtlə arvadına vəsiyyət etmişdi?

Dövlət işi naminə dinini dəyişdi, Parisdə siyasi mühacir həyatı yaşadı... - O, mirasını hansı şərtlə arvadına vəsiyyət etmişdi?

15:00 17 fevral 2026
"Özümüzü xoşbəxt olduğumuza inandırmağa çalışırıq..." - Duş qəbul etmək üçün nələri qurban verərdiniz?

"Özümüzü xoşbəxt olduğumuza inandırmağa çalışırıq..." - Duş qəbul etmək üçün nələri qurban verərdiniz?

10:00 17 fevral 2026
"Məcnun"ların ustadı - Nəriman Nərimanov onun həyatını necə dəyişdi?

"Məcnun"ların ustadı - Nəriman Nərimanov onun həyatını necə dəyişdi?

10:00 16 fevral 2026
Razin siçanları - Vüsal Bağırlının hekayəsi

Razin siçanları - Vüsal Bağırlının hekayəsi

15:00 15 fevral 2026
Arvadının gözü qarşısında xəyanət, bitməyən orgiyalar – Tarixin ən azğın yazıçısı haqqında

Arvadının gözü qarşısında xəyanət, bitməyən orgiyalar – Tarixin ən azğın yazıçısı haqqında

12:00 13 fevral 2026
Sıxır məni şəhərdəki günlərim... - “Səksənincilər" layihəsindən Qoca Xalidin şeirləri

Sıxır məni şəhərdəki günlərim... - “Səksənincilər" layihəsindən Qoca Xalidin şeirləri

10:00 13 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər