Xalq şairi Fikrət Qoca vəfat etdi.
Kulis.az xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri Sayman Aruz öz profil səhifəsində məlumat verib.
O, yazıb:
"Ədəbiyyat və mədəniyyət dünyasına böyük itgi. Azərbaycan xalqının sevimli şairi, mehriban və təvazökar insan, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca haqqın dərgahına qovuşdu. Allahdan Fikrət müəllimə rəhmət və dəyərli ailəsinə cansağlığı arzulayıram."
Allah rəhmət etsin.