Vudi Allenin kitabı çıxdı

Vudi Allenin kitabı çıxdı
27 mart 2020
# 10:20

Amerikalı rejissor Vudi Allenin "Bəhanəsiz danışıq" adlı xatirələr kitabı çap olunub.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, kitabda rejissor uşaqlığından, kino, teatr və televiziyadakı karyerasından bəhs edib.

Allen xatirələrində vaxtilə müxtəlif filmlərdə onunla işləyən, lakin sonradan işbirliyindən imtina edən bəzi həmkarlarından və aktyorlardan da bəhs edib.

Xatırladaq ki, bir müddət əvvəl Hachette nəşriyyatı Vudi Allenin kitabını yaymaqdan imtina etdiyini açıqlamışdı. Səbəb ögey qızı Dylan Farrova uşaq vaxtı təcavüz etməkdə günahlandırılması idi.

# 1780 dəfə oxunub

Müəllifin son yazıları

# # #