Əhliman Əmiraslanov: "Aşıq Ələsgərin məzarı da erməni vandalları tərəfindən dağıdılıb"

Əhliman Əmiraslanov:  "Aşıq Ələsgərin məzarı da erməni vandalları tərəfindən dağıdılıb"
12 iyun 2023
# 12:00

Aşıq Ələsgərin Göyçədəki məzarı da erməni vandalları tərəfindən dağıdılıb, məhv edilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu deputat Əhliman Əmiraslanov Milli Məclisdə keçirilən “Qərbi Azərbaycan: soyqırımına məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda ictimai dinləmədə çıxışı zamanı deyib.

“Qərbi Azərbaycan İcması Ermənistan tərəfinin tarixi-mədəni irsimizə qarşı törətdiyi bu kimi vandalizm halları barədə, eyni zamanda, öz yurdlarından qovulmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi istiqamətində beynəlxalq təşkilatlara, o cümlədən UNCESO-ya müraciətlər ünvanlayıb”, - deputat vurğulayıb.

# 732 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #