Türkiyəli şairin qızı İbrahim Tatlısəsi məhkəməyə verdi

Türkiyəli şairin qızı İbrahim Tatlısəsi məhkəməyə verdi
17 fevral 2021
# 10:42

Şair və yazar Necdet Rüştü Efenin yeganə varisi olan qızı Şirin Nisan Dengiz İbrahim Tatlısəsə və İdobay musiqi şirketinə 21 bin liralık təzminat davası açıb.

Kulis.az türk mətbuatına istinadən xəbər verir ki, Dengiz atasına aid “Batan Gün Kana Benziyor” adlı şeirini Tatlısəsin “Yağmurla Gelen Kadın” adlı albomunda icazəsiz istifadə etdiyini əsas gətirərək məhkəməyə müraciət etdiyini bildirib.

Dengizin vəkili məsələyə aydınlıq gətirərək bunları qeyd edib:

“Tərəflər arasında vasitəçilik danışıqları aparıldı, lakin heç bir razılıq əldə olunmadı”.

# 1958 dəfə oxunub

Müəllifin son yazıları

# # #