Tanınmış türk gitaraçı vəfat etdi

Tanınmış türk gitaraçı vəfat etdi
14 yanvar 2021
# 10:43

Tanınmış türk musiqiçisi İsmayıl Soyberk vəfat edib.

Kulis.az Türkiyə mediyasına istinadən xəbər verir ki, türk pop musiqisinin tanınan simalarından olan, dünyanın ən yaxşı bas gitaristlərindın sayılan İsmayıl Soyberk 67 yaşında dünyasını dəyişib.

Xatırladaq ki, İsmayıl Soyberk 1982- ci ildən etibarən studiya musiqiçiliyinə başlayıb. Sezen Aksu, Joan Baez, Əzizə Mustafazadə, Erkan Oğur, Hasan Cihat Örter, Eşref Ziya və bir çox sənətçilərlə Türkiyə və dünya turuna çıxıb. 1978- ci ildə Edib Akbayram və Dostlar Orkestrinin qurucuları arasında yer alıb.

# 1471 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #