Şairlər üçün sosial şəbəkə yaradılıb.
Kulis.az xəbər verir ki, dünya üzrə 60 mindən çox şair "Poetizer"də öz şeirlərini paylaşır.
Şəbəkəni yaradanların açıqlamasına görə "Poetizer" başqa sosial şəbəkələrdən fərqlənir. Burda söyüş, neqativ paylaşımlar, trollar yoxdur. Paylaşımları görənlər də yalnız şairlərdir.
"Poetizer"də saxtalıq yoxdur, insanlar haqda təsəvvür onların yazdığı şeirlər əsasında yaranır. Onlar özlərini olduqlarından daha yaraşıqlı, daha xoşbəxt, daha uğurlu göstərməyə çalışmırlar.