Sabir Rüstəmxanlı "Şöhrət" ordeni ilə təltif edildi

Sabir Rüstəmxanlı "Şöhrət" ordeni ilə təltif edildi
20 may 2021
# 16:18

Prezident İlham Əliyev Xalq şairi Sabir Rüstəmxanlının "Şöhrət" ordeni ilə təltif olunması ilə bağlı sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Sabir Xudu oğlu Rüstəmxanlı “Şöhrət” ordeni ilə təltif edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 may 2021-ci il

# 1902 dəfə oxunub

Müəllifin son yazıları

# # #