Rübabə Muradovanın xatirəsi anılacaq

Rübabə Muradovanın xatirəsi anılacaq
29 yanvar 2020
# 17:16

Fevralın 21-də Beynəlxalq Muğam Mərkəzində (BMM) Xalq artisti, xanəndə Rübabə Muradovanın xatirəsi yad olunacaq.

Kulis.az-ın Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, tədbir Muğam Mərkəzinin “Unudulmayanlar” layihəsi çərçivəsində reallaşacaq.

Gecədə Rübabə Muradova haqqında xoş və həzin xatirələr səslənəcək, gənc xanəndələr onun repertuarından olan mahnıları ifa edəcəklər.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi “Unudulmayanlar”, “Muğam axşamları”, “Dastan gecələri”, “Aşıq musiqisi”, “Etnik musiqi inciləri” kimi layihələrini davam etdirməkdədir.

# 1491 dəfə oxunub

Müəllifin son yazıları

# # #