Rəssamlara dəstək yarmarkası keçirilib

Rəssamlara dəstək yarmarkası keçirilib
25 may 2021
# 14:03

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “Bravo” marketlər şəbəkəsinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Koroğlu” metrostansiyasının yaxınlığında yerləşən "Bravo" hipermarketdə “AXIN” rəssamlara dəstək yarmarkası keçirilib.

Kulis.az xəbər verir ki, yarmarkada Azərbaycan Dövlət Rəsm Qalereyasının “AXIN” qrupunun rəssamlarının kiçik ölçülü rəngkarlıq, heykəltəraşlıq və dts nümunələrinin satışı təşkil olunub.

Yarmarkada, həmçinin müxtəlif əyləncəli və öyrədici təsviri sənət mövzulu aksiyalar da (canlı naturadan karikatura və portret çəkilişi, ebru sənəti üzrə ustad dərslər, müxtəlif vorkşoplar və.s) görmək mümkündür.

Satış yarmarkası rəssamlara dəstək məqsədilə mayın 29-dək davam edəcək.

# 1401 dəfə oxunub

Müəllifin son yazıları

# # #