Reza Deqatinin Əfqanıstanda çəkdiyi fotoşəkillər sərgilənib

Reza Deqatinin Əfqanıstanda çəkdiyi fotoşəkillər sərgilənib
14 iyun 2021
# 18:54

İyunun 14-də “Peace be upon you – Salam Aleykum” layihəsi çərçivəsində Maqsud İbrahimbəyov adına Mədəniyyət Mərkəzində dünya şöhrətli fotoqraf Reza Deqatinin Əfqanıstan seriasından olan fotoşəkillərinin təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyova rəhbərlik etdiyi mərkəz haqqında iştirakçılara məlumat verib və keçirilən tədbirin əhəmiyyətini yüksək qiymətləndirib.

Tədbirdə Latviyanın ölkəmizdəki səfiri Daynis Qarançs, Latviyanın keçmiş müdafiə naziri Raimons Bergmanis və başqaları çıxış edərək vaxtı ilə Əfqanıstanda baş verən hadisələrdən söhbət açaraq bu hadisələrin dünyaya çatdırılmasında Reza Deqatinin böyük xidmətlərini qeyd ediblər.

Tədbirdə çıxış edən Reza Deqati peşəkar karyerasını 40 il bundan əvvəl başladığını və ötən müddət ərzində dünyada gedən hərbi toqquşmalarda gördüklərini lentə köçürdüyünü bildirib. Tədbir zamanı fotoqraf Əfqanıstanda olarkən çəkdikləri fotoları nümayiş etdirib və hər biri haqqında məlumat verib.

Bildirib ki, o, Əfqanıstanda hərbi əməliyyatlar zamanı orada gedən prosesləri, insanların hansı şəraitdə yaşadığını lentin yaddaşına köçürüb. Qeyd edib ki, ən çox qadın və uşaqların düşdükləri durumu dünyaya çatdırmağa çalışıb: “Mən heç bir millətin əfqan xalqı kimi iztirab çəkdiyini görmədim. Qışın soyuğunda ayaqyalın uşağı kadra almaq məni çox kədərləndirdi”.

Sonra tədqiqatçı Fuad Axundov Qarabağın tanınmış şəxsiyyətləri haqqında məlumat verib. /azertag.az/

# 1418 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #