Respublika Uşaq Kitabxanasından balacalara tövhə

Respublika Uşaq Kitabxanasından balacalara tövhə
28 mart 2020
# 10:14

Koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə çərçivəsində ölkəmizdə müxtəlif qabaqlayıcı tədbirlər görülür.

Kulis.az xəbər verir ki, F.Köçərli adına Respublika Uşaq Kitabxanası bu müddət ərzində kiçikyaşlı oxucularına dəstək olmaq məqsədilə onları kitabxananın www.clb.az internet ünvanında yerləşən multimedia bölməsində 180 audio nağılı dinləməyə dəvət edir.

Kitabxananın internet ünvanına daxil olmaqla evdə olduğunuz günlərdə müxtəlif nağılları dinləmək, mütaliəni davam etdirmək olar.

# 1323 dəfə oxunub

Müəllifin son yazıları

# # #