Qremminin ilk qadın prezidenti işdən çıxarıldı

Qremminin ilk qadın prezidenti işdən çıxarıldı
17 yanvar 2020
# 15:39

Qremmi Musiqi Mükafatını təşkil edən Milli Səsyazma Sənəti və Elmlər Akademiyasının icraçı direktoru Deborah Duqan mükafatlandırma mərasimindən 10 gün əvvəl işdən çıxarılıb.

Kulis.az BBC News-a istinadən xəbər verir ki, Duqanın işdən azad edilməsinə səbəb kimi onun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi göstərilib.

Qeyd edək ki, Duqan Milli Səsyazma Sənəti və Elmlər Akademiyasının ilk qadın prezidenti olub. Yanvarın 15-də “Los Angeles Times” akademiyanın rəhbərinə verdiyi müsahibəsində öz işini dünyanın ən yaxşı işi adlandırmışdı.

Onu da xatırladaq ki, Qremmi mükafatlarının təqdimetmə mərasimi yanvarın 27-nə planlaşdırılıb.

# 1909 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #