Kann Film Festivalı təxirə salındı

Kann Film Festivalı təxirə salındı
20 mart 2020
# 00:30

73-cü Kann Film Festivalı planlaşdırılan tarixdə keçirilməyəcək.

Kulis.az festivalın rəsmi saytına istinadla xəbər verir ki, mayın 12-dən 23-ə qədər keçirilməsi planlaşdırılan festival təxirə salınıb.

Festival rəsmilərinin məlumatına görə mədəniyyət layihəsinin qeyd olunan tarixlərdə keçirilməməsinə səbəb dünyada yaranan səhiyyə böhranıdır. "COVİD-19" virusu səbəbilə dünyanın bir çox ölkələrində gedən sosial izolyasiya prosesi mədəniyyət layihələrindən də yan keçmədiyindən Fransanın Kann şəhərində keçirilən ənənəvi festivalın bu ilki sayı qeyri-müəyyən tarixə qədər təxirə salınıb.

# 2323 dəfə oxunub

Müəllifin son yazıları

# # #