Ölüm xəbəri yayılan şair danışdı: “Yatılı olmuşam...”

Ölüm xəbəri yayılan şair danışdı: “Yatılı olmuşam...”
30 aprel 2021
# 10:03

Dünən ölüm xəbəri yayılan şair Elşad Barat sağ-salamatdır.

Bu barədə Kulis.az-a Elşad bəy özü məlumat verib.

O, qeyd edib ki, köhnədən belə bir xəbər yayılmışdı:

“Dostum köhnə xəbəri görüb, həyəcanlanıb, mənə zəng vurub, mən də yatılı olduğum üçün cavab verməmişəm, elə bilib düzdür və “Elçin Məmmədov” adı ilə işlətdiyi Facebook profilində bu haqda status yazıb. Bəzi saytlar da bu paylaşıma istinad edib xəbər yayıblar.”

Elşad Barat açıqlamasının sonunda səhhətinin qaydasında olduğunu bildirdi.

Xatırladaq ki, dünən gecə saatlarında Elşad Baratın ürək tutmasından vəfat etdiyi xəbəri yayılmışdı.

# 1524 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #