Nəşriyyat məşhur yazıçının kitabını yayımlamaqdan imtina etdi

Nəşriyyat məşhur yazıçının kitabını yayımlamaqdan imtina etdi
9 mart 2020
# 11:30

Kinorejissor, yazıçı Vudi Allenin “Uyğun heç nə” adlı yeni memuar kitabının nəşri nəşriyyat tərəfindən rədd edilib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Hachette nəşriyyatı Vudi Allenin kitabını yayımlamaqdan imtina etdiyini açıqlayıb. Nəşriyyatın kitabı yayımlamaqdan imtina etməsinə səbəb isə rejissorun ögey qızı Dylan Farrova uşaq vaxtı təcavüz etməkdə günahlandırılmasıdır. Allenin kitabını nəşr etməyə hazırlaşan Hachette nəşriyyatı bu günlərdə cəmiyyət tərəfindən baykot edilmişdi.

Qeyd edək ki, iddialarla bağlı 1990- cı ildə Vudi Allenlə bağlı istintaq başlanılsa da haqqında cinayət işi açılmayıb. Bu günlərdə sözügedən mövzu MeToo hərəkatı tərəfindən yenidən gündəmə gətirilib.

Onu da qeyd edək ki, məşhur yazıçı Stifen Kinq Tvitter hesabından verdiyi açıqlamada rejissorun kitabını yayımlamaqdan imtina edən nəşriyyatı tənqid edib.

# 2222 dəfə oxunub

Müəllifin son yazıları

# # #