Musiqili Teatrdan təbrik - Video

Musiqili Teatrdan təbrik - Video
10 mart 2021
# 14:11

Milli Teatr Günü münasibətilə Akademik Musiqili Teatr təbrik mətni və videoçarx hazırlayıb.

10 Mart – Azərbaycan Milli Teatrının yaranmasının 148-ci ildönümü münasibətilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrı bütün teatrsevərləri sehirli səhnədən deyil, sosial şəbəkələr vasitəsilə təbrik etdi. Teatrın təqdim etdiyi videoçarxda bir əsr yarımlıq tarixi olan Azərbaycan teatrının tanınmış simaları ardıcıllıqla əks olunub. Bəstəkar-müğənni, Əməkdar artist Elza Seyidcahanın "Mən aktyoram" ( söz: V.Əziz) mahnısının sədaları altında şərəfli və çox çətin aktyor ömrü kadrlarda sətir-sətir oxunur, səhifə-səhifə vərəqlənir, bir daha zamanın yaddaşına yenidən həkk olunur.

Kompozisiyanı Akademik Musiqili Teatrın rejissoru Samir Qulamov və teatrın operator və montajçısı Hikmət Şahverdizadə hazırlayıblar.

# 1482 dəfə oxunub

Müəllifin son yazıları

# # #