Musiqili Teatrdan "Laçına ithaf" layihəsi - Video

Musiqili Teatrdan "Laçına ithaf" layihəsi - Video
30 noyabr 2020
# 15:34

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Laçın rayonun işğaldan azad olunmasına ədəbin kompazisiya həsr etdi.

Teatrın mətbuat xidmətindən Kulis.az-a verilən məlumata görə. “Ay Laçın” adlanan layihənin qurluşçu rejissoru Samir Qulamovdur. Tamaşada Əməkdar artist Səidə Şərifəliyeva, aktyorlar Mehriban Zaliyeva, Gültac Əlili, Aydan Həsənova, Səmədzadə Xasıyev, Əmrah Dadaşov, Emin Zeynallı, balet artistləri İranə Kərimova, Məhəmməd Abdullayev iştirak edirlər.

Qeyd edək ki, layihənin ideya rəhbəri Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, bədii rəhbəri isə Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir.

Layihədə ABŞ-da yaşayan həmyerlimiz, kamança ustası İmamyar Həsənovun (ANNA RF qrupu ilə) ifasında "Ay Laçın" xalq mahnısından və tanınmış jurnalist, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızının "Laçın" adlı şeirindən istifadə edilib.

# 2571 dəfə oxunub

Müəllifin son yazıları

# # #