Mirzə Cəlilin 150 illik yubileyi qeyd ediləcək

Mirzə Cəlilin 150 illik yubileyi qeyd ediləcək
24 dekabr 2019
# 17:35

2019-cu ilin fevral ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi tamam olub.

Kulis.az xəbər verir ki, Azərbaycan xalqının çoxəsrlik mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr vermiş söz ustası Cəlil Məmmədquluzadənin 150 illiyinin layiqincə qeyd olunmasını təmin etmək məqsədi ilə 17 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən sərəncam imzalanıb.

Sərəncamın icrası ilə əlaqədar 25 dekabr 2019-cu il tarixində saat 19:00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında böyük demokrat ədib Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunan tədbir keçiriləcək.

# 1958 dəfə oxunub

Müəllifin son yazıları

# # #