Meyxanaçı Kərim ağır vəziyyətdədir - Həkimlər evə qaytardı

Meyxanaçı Kərim ağır vəziyyətdədir - Həkimlər evə qaytardı
6 may 2021
# 11:21

Bir neçə il öncə insult keçirən meyxanaçı Ağakərimin (Kərim Novruzov) səhhətindən xəbər var.

Kulis.az xəbər verir ki, Lent.az-a açıqlama verən meyxanaçının oğlu atasının vəziyyətinin ağır olduğunu bildirib:

“Atamın səhhətinə yaxşı demək olmaz. Həkimlər müalicə yazıblar. Deyiblər ki, ev şəraitində müalicələrini davam etdirsin. Həkimlərin fikrincə, xəstəxanada edə biləcəkləri nəsə yoxdur. Sadəcə, ev şəraitində müalicəsi davam etdirilməlidir. Çox bədbinləşib. Danışdırmasan, danışmaz”.

# 2116 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #