Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın üzvləri bəlli oldu - Siyahı

Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın üzvləri bəlli oldu - Siyahı
16 iyul 2021
# 17:50

İyulun 16-da Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərin ikinci mərhələsi keçirilib.

Kulis.az verir ki, qanunvericiliyə müvafiq olaraq tələb olunan səs çoxluğunu toplamış 8 namizəd İctimai Şuranın üzvü seçilib.

Abdulova Cəmilə Çingiz qızı - “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi

Qədirov Şahin Kərim oğlu - “Zirvə” mədəniyyət və incəsənət İctimai Birliyi

Mustafayeva Samirə Vəli qızı - “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi

Nəsibova Bəsti Mahmud qızı - “Gələcəyə baxış” Avropaya İnteqrasiya İctimai Birliyi

Rəhimli Davud Səid oğlu - “Əlil Təşkilatları İttifaqı”

Verdiyeva Bəyimxanım İsfəndiyar qızı - Xan Şuşinski Fondu

Yolçuyev Əkbər Mehdi oğlu - Dünya Gənc Türk Yazarlar birliyi

Zeyni Rauf Xurşud oğlu - Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu

Xatırladırıq ki, iyulun 13-də Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərin birinci mərhələsi keçirilib. Qanunvericiliyə müvafiq olaraq tələb olunan səs çoxluğunu toplamış Əlibəyov Gəray Ayaz oğlu ("Mədəni İnkişaf Mərkəzi" İctimai Birliyi) İctimai Şuranın üzvü seçilib.

Hər iki seçkinin nəticəsi olaraq Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya ümumilikdə 9 üzv seçilib.

# 1824 dəfə oxunub

Müəllifin son yazıları

# # #