Həsrətin  gizli öpüşlərində güzgüləndi - Şeir

Həsrətin  gizli öpüşlərində güzgüləndi - Şeir
6 avqust 2020
# 15:02

Kulis.az Aysel Xanlarqızının "Getmə" şeirini təqdim edir.


Səninlə
yerinə qoyduq
günəşin şəfəqlərini
o səhər,
Ayı doğarkən
zahı ağrılarını
Azaltdıq gecənin...
Həsrətin
gizli öpüşlərində
güzgüləndi
bəlkələr.
Varlığın
xumar baxışlarımdan
xoşbəxtlik süzdü
qarşındakı badəyə,
Dörd tərəfimi saran
şahid dağlar
yamac-yamac pıçıldaşan
duyğuları
təbiətə nəğmə oxudu,
Səni sevirəm deyə...
Ayaqlarımızı yerdən üzdü
səadətin ən hündür zirvəsi,
İlıq nəfəsin boyu
misralandı
ən gözəl şeirim,
Səni
günah-günah yaşayaraq
savaba batdım,
Şairim...
Qucağıma buraxdığın
hərarətin boyu
varlığımdan itmə,
Hər şey yuxu olsun,
tək gerçəyimsə sən,
Bir də
məndən getmə!!!

# 1713 dəfə oxunub

Müəllifin son yazıları

# # #