Ermitaj saxtakarlıqda ittiham olunur

Ermitaj saxtakarlıqda ittiham olunur
15 yanvar 2021
# 11:35

Dünyanın ən məşhur və böyük muzeyi olan Ermitaj müzeyi "Faberge - İmperator Məhkəməsinin zərgərləri" sərgisində saxtakarlığa yol verməkdə günahlandırılır.

Kulis.az xarci mediaya istinadən xəbər verir ki, muzeyin direktoru Mixail Piotrovskiyə ünvanlanan saxtakarlıqla bağlı iddialar kolleksiyaçı Andrey Rujnikovun açıq məktubundaa bildirilib. O, qeyd edib ki, Ermitaj, Pavlovsk və Peterhof kolleksiyalarına aid olan eksponatlarla yanaşı, əsgərin siqaret yandırdığı heykəlcik Fersman Muzeyindəki Savitsky heykəlinin kobud kopyasıdır. Bundan başqa kolleksiyaçı muzeydə qədim tarixə malik olan eksponatların orijinal olmadığını bildirib. Onun sözlərinə görə, sadalanan əsərlər XX-yə deyil, XXI əsrə aiddir. O, eyni zamanda, ekspozisiyada iştirak edən saxtakarlıqların siyahısını uzun müddət sıralaya biləcəyini qeyd edib.

İddiar əsasında hazırda Ermitajda araştırmalara başlanılıb.

# 2048 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #