Elon Maskın həyatı serial olur

Elon Maskın həyatı serial olur
13 oktyabr 2020
# 15:04

Kosmik gəmi və araşdırma şirkəti SpaceX-in qurucusu Elon Mask haqqında serial hazırlanır.

Kulis.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, serialın prodüseri Hollivudun məşhur aktyoru Çenninq Teytumdur.

Serial E.Maskın SpaceX şirkətindən bəhs edəcək və altı seriyadan ibarət olacaq. Hələki serialın aktyorları və çəkiliş tarixləri açıqlanmayıb.

Qeyd edək ki, Ç.Teytumun da serialda aktyor olaraq rol alacağı məlum deyil.

# 1885 dəfə oxunub

Müəllifin son yazıları

# # #