Xalq yazıçısı Elçinin “Ədəbi düşüncələr” kitabı işıq üzü görüb.
Kulis.az xəbər verir ki, bu kitabda müəllif ədəbiyyat, mədəniyyət, sənət haqqında düşüncələrini bölüşür, Azərbaycanda və dünyada baş verən ədəbi-mədəni prosesləri, yazıçıların, şairlərin həyat və yaradıcılığını dərindən təhlil edir.
Kitab “Bir daha “Ədəbi düşüncələr” haqqında”, “Ədəbi düşüncələr” necə yarandı, “Bəzən istedad gözə görünməz olur”, “Ədəbi düşüncələr”də haqqında bəhs olunan yazıçılar, şəxsiyyətlər, bəzi konkret əsərlər”, “Qeydlər” adlı bölümlərdən ibarət
- Nəsiminin 650 illiyi münasibətilə İstanbulda rəsm sərgisi açılıb
- Gənc yazarın kitabı təqdim olunacaq
- "Bəxt üzüyü"nün pərdə arxasından - Foto
Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilən kitabın redaktoru Yaşar Əliyevdir.
Kitab tezliklə “Libraf”, “Kitabevim.az”, “Akademkitab”, “Akademiya” kitab evi, “Azərkitab”, Prezident Aparatının Kitab Evi, Azərbaycan Dillər Universitetinin satış köşkü, “Pero” kitab mağazası, “Oxumalı” kitab evi, “Lider” kitab evi mağazalarında satışda olacaq.