Dünya şöhrətli müğənni vəfat etdi

Dünya şöhrətli müğənni vəfat etdi
29 dekabr 2020
# 12:40

Dünyaca məşhur meksikalı müğənni və söz yazarı Armando Manzanero vəfat edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, təxminən bir aydır yoluxduğu koronavirusdan müalicə alan 86 yaşlı sənətçi ötən gecə xəstəxanada dünyasını dəyişib.

Saysız-hesabsız mükafatlar sahibi olan Manzanero 2001- ci ildə “Duetlər” albomu ilə Latın Qremmi Mükafatına layiq görülmüşdü. Sənətçi 204-cü ildə Ömürlük Uğur Mükafatını qazanaraq, bu mükafata sahib ilk Meksikalı olaraq tarixə keçib.

Xatırladaq ki, Manzanero bir çox filmlərdə rol alıb, 600-dən çox mahnıya imza atıb.. Onun bəstələdiyi mahnılar dünya miqyasında tanınan Elvis Presley Dionne Warwick, Perry Como kimi ulduzlar ifa edib

# 1481 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #