Cavid Qurbanov şəhid Xudayara şeir həsr etdi - Mətn

Cavid Qurbanov şəhid Xudayara şeir həsr etdi - Mətn
22 dekabr 2020
# 09:25

Kulis.az Cavid Qurbanov Vətən müharibəsində öz ifası ilə əfsanəyə çevrilən şəhid Xudayar Yusifzadəyə həsr etdiyi şeiri təqdim edir.

Duman gəldi, dağ dumanda əridi,
Yağı düşmən ətrafları bürüdü.
Ana yurdun bülbül səsli igidi,
Nəğmələrin Səndən qaldı yadigar,
Şəhid balam, şəhid oğlum, Xudayar!

Sən daşıydın , torpağıydın Vətənin,
Ağacıydın, budağıydın Vətənin,
Nəğməli bir qonağıydın Vətənin,
Sən gedəli o dağlara yağdı qar,
Şəhid balam, şəhid oğlum, Xudayar!

Unudarmı oba Səni, el Səni ?!
Unudarmı çəmən, çiçəkək, gül Səni?!
Unudarmı duman Səni, çən Səni ?!
Hər ürəkdə Sənin üçün xeymə var ,
Şəhid balam, şəhid oğlum, Xudayar!

Dastan deyib, dastan olan igidim,
Döyüşündə aslan olan igidim,
Şəhidliklə zirvə tutan igidim,
Ruhun cənnət, yerin olsun laləzar,
Şəhid balam, şəhid oğlum, Xudayar!

# 7544 dəfə oxunub

Müəllifin son yazıları

# # #