Cavanşir Quliyev Müşfiqdən oratoriya yazdı

Cavanşir Quliyev Müşfiqdən oratoriya yazdı
16 iyun 2020
# 11:38

Əməkdar incəsənət xadimi, Türkiyədə yaşayan bəstəkar Cavanşir Quliyev “Müşfiq ağıları” adlı oratoriya yazıb.

Kulis.az xəbər verir ki, bu barədə bəstəkarın özü məlumat paylaşıb. 13 hissədən ibarət olan əsərin libretto müəllifi Xalq yazıçısı Sabir Rüstəmxanlıdır.

Əsərdə Mikayıl Müşfiqin acı taleyindən bəhs olunur. Bəstəkar qeyd edib ki, Müşfiqin faciəsi cəmiyyətə dərs olmadı: “İndi də insanlar ədalətsizliyə,q anunsuzluğa susurlar. Kənardan baxırlar. Əsər bütün haqqları pozulanlara həsr olunub. O cümlədən özümə...”

# 2725 dəfə oxunub

Müəllifin son yazıları

# # #