Bu il neçə əsər əqli mülkiyyətdə qeydiyyatdan keçirilib? - Açıqlama

Bu il neçə əsər əqli mülkiyyətdə qeydiyyatdan keçirilib? - Açıqlama
25 iyun 2021
# 17:15

2021-ci ilin ilk beş ayı ərzində Əqli Mülkiyyət Agentliyi tərəfindən 156 müəllifin və hüquq sahibinin 423 əsəri, o cümlədən elektron qaydada 103 müəllifin 164 əsəri qeydiyyatdan keçirilib.

Bu barədə Əqli Mülkiyyət Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, cari ilin ilk 5 ayı ərzində Agentliyin nümayəndələri 20-dən artıq iş üzrə 40-dan çox məhkəmə iclasında iştirak ediblər.

Nazirlər Kabinetinin 2007-ci il 24 avqust tarixli 132 nömrəli Qərarının icrasını təmin etmək məqsədilə, audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün gəlir götürmədən surətinin çıxarılmasında istifadə olunan avadanlıqların və maddi daşıyıcıların idxalçıları tərəfindən ödəniləcək qonorarın məbləğini müəyyən etmək üçün 2021-ci ilin birinci rübü üzrə həmin avadanlıqların və maddi daşıyıcıların idxalçıları və müvafiq idxal həcmi barədə məlumatların Agentliyə təqdim olunması üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

# 1033 dəfə oxunub

Müəllifin son yazıları

# # #