Berqmanın sevimli aktrisası Fəxri Oskar alacaq

Berqmanın sevimli aktrisası Fəxri Oskar alacaq
25 iyun 2021
# 11:13

Liv Ullman və Samuel Cekson filmə verdiyi töhfələrə görə Fəxri Oskar alacaqlar

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, amerikalı aktyor Samuel L. Cekson və Norveç aktrisası Liv Ullman 2022-ci ildə kinoya verdiyi töhfələrə görə fəxri Akademiyanın Mükafatını alacaqlar. Bu barədə iyunun 24-də akademiyanın saytında məlumat verilib.

Cekson bundan əvvəl yalnız bir dəfə Kventin Tarantinonun “Kriminal qiraət” filmindəki köməkçi roluna görə Oskar mükafatına namizəd olmuşdu.

Liv Ullman daha çox həyat yoldaşı, İsveç rejissoru İnqmar Berqmanın filmlərindəki rolları ilə tanınır.

# 1669 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #