Bakıda Zeynalabdin Tağıyevin abidəsi ucaldılacaq

Bakıda Zeynalabdin Tağıyevin abidəsi ucaldılacaq
11 mart 2020
# 17:56

Prezident İlham Əliyev Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb.

APA xəbər verir ki, sərəncamla Bakı şəhərində böyük xeyriyyəçi və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin abidəsi ucaldılacaq.

Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

# 1571 dəfə oxunub

Müəllifin son yazıları

# # #