Qərbi Azərbaycandakı soyqırımlarından bəhs edən kitab təqdim edildi

Qərbi Azərbaycandakı soyqırımlarından bəhs edən kitab təqdim edildi
19 sentyabr 2024
# 16:30

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Sevil Abbasoğlu İrəvanlının “Kafkaslardakı kıyım ve sürgünler” (Qafqazda qırğınlar və sürgünlər) kitabının təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, tədbiri açan muzeyin direktoru akademik Rafael Hüseynov kitabda Azərbaycan tarixi üçün önəmli məqamların işıqlandırıldığını diqqətə çatdırıb. Muzeyin direktoru kitabın əzəli ata-baba yurdumuz Qərbi Azərbaycanın siyasi tarixini, adət ənənələrini və mədəniyyətini daha dərindən öyrənmək üçün dəyərli elmi-tədqiqat əsəri olduğunu vurğulayıb. O, kitabın Azərbaycan türkcəsində nəşr olunmasının zəruriliyini qeyd edib.

Sonra kitabın müəllifi əslən Qərbi Azərbaycandan olan Sevil Abbasoğlu İrəvanlı çıxış edərək nəşrin ərsəyə gəlməsinə xeyli vaxt sərf olunduğunu, bunun Azərbaycan üçün siyasi və mədəni baxımdan çox mühüm addım olduğunu diqqətə çatdırıb.

Tədbirdə Riyaziyyat və Mexanika İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov, Bakı Dövlət Universitetinin baş müəllimi Sona Çərkəz, AzTV-nin “Turan” proqramının aparıcısı Zərnişan Atakişiyeva, “Dərələyəz” icmasının üzvü Kamil Məmmədov və digərləri çıxış edərək Qərbi Azərbaycanla bağlı elmi əsərlərin yazılmasını və tədqiqini tarixi həqiqətlərin geniş ictimaiyyətə çatdırılması baxımından mühüm amil kimi qiymətləndiriblər.

Qeyd edilib ki, kitab İstanbulda Türk Dünyası Araşdırmaları Vakfı tərəfindən çap olunub. Kitabın ön hissəsində İrəvan xanlığının alay bayrağı, arxa hissəsində isə İrəvan qalasının çar Rusiyası orduları tərəfindən mühasirəsi təsvir edilib. Bu təsvirlər fransızəsilli rus rəssam Frans Roubaud tərəfindən 1827-ci ildə yaradılıb.

Kitabda Qərbi Azərbaycanın tarixi, coğrafiyası, əhalisi, etnik və dini vəziyyəti, xanlıqlar dövrü, Qacarın İrəvan xanlığına yürüşü, müharibələr, çar I Pyotrun dövründə rus ordusunun Xəzər sahillərini işğalı, İrəvan xanlığının və digər xanlıqların Rusiya və Osmanlı dövlətləri ilə münasibətləri açıqlanıb. Eləcə də Rusiya-İran müharibələri və Osmanlı-Səfəvi müharibələri zamanı insanların etnik statusuna təsir edən köçlərdən söz açılıb.

Əsərdə İrəvan xanlığının siyasi tarixi haqqında məlumatlarla bağlı çar Rusiyası dövründə nəşr olunmuş “Qafqaz toplusu” (“Kavkazskiy sbornik”) jurnalına və İsrafil Məmmədovun əsərlərinə istinad edilib.


# 2632 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər