Azyaşlılardan ibarət musiqi ansamblı beynəlxalq müsabiqənin qalibi oldu

Azyaşlılardan ibarət musiqi ansamblı beynəlxalq müsabiqənin qalibi oldu
22 fevral 2021
# 18:57

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Fikrət Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbinin "Nağara” ansamblı İtaliyada "Sopravist" Beynəlxalq Festivallar Assosiasiyasının təşkilatçılığı ilə keçirilən "Gələcəyin ulduzları" adlı beynəlxalq festival-müsabiqəsində ölkəmizi uğurla təmsil edib.

İdarədən bildirilib ki, ansambl onlayn formatda keçirilən müsabiqədə “Zərb alətləri” nominasiyası üzrə qruplar arasında birinci yerə layiq görülüb.

Müsabiqədə iştirak edən şagirdlər və ansamblın rəhbəri, nağara ixtisası üzrə müəllim Cəfər Həsənov diplomla təltif olunub.

Münsiflər heyəti, həmçinin ayrıca olaraq ansambla diplom, məktəbin direktoru, professor Adilə Yusifovaya və müəllim Cəfər Həsənova təşəkkür məktubu ünvanlayıb.

# 1710 dəfə oxunub

Müəllifin son yazıları

# # #