Gənc müğənni Nərmin Kərimbəyova “Voice of Turan” yarışmasında birinci yeri tutub.
Bu barədə Kulis.az -a müğənnini özü məlumat verib. Nərmin Kərimbəyovanın ifa etdiyi “Atəş” mahnısı MDB ölkələrinin iştirakı ilə keçirilən “Voice of Turan” yarışmasında birinci yeri qazanıb.
15 iştirakçının qatıldığı yarışmada ifaçı “Sevə-sevə” adlı mahnını səsləndirib. Pandemiya səbəbilə onlayn keçirilən yarışmada Qazaxıstanın nüfuzlu simaları: bəstəkarlar, musiqi produserləri və Xalq artistlərindən ibarət 5 nəfərlik heyət olub. Onların qərarına əsasən müsabiqədə iştirak edən bütün mahnılar qazax dilinə tərcümə olunub, ölkələrininin milli alətləri ilə yenidən aranjıman etdirilib.
Sənətçi xüsusi diplom və pul mükafatı ilə təltif olunub.
Qeyd edək ki, müğənninin ifa etdiyi mahnının bəstəkarı Erbolat Dosbolatuli, sözləri İlkin Hüseynov, Nərmin Kərimbəyova; orijinal mətnin müəllifi isə Rinat Zayıtovdur.